Reklam: High Technic
hightechnic

Ata və oğulu bellə döyüblər - Sabirabadda

Sabirabad rayonunda döyülmə hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri – 1972-ci il təvəllüdlü Qəniyev Adəm Xanbala oğlu və onun 1993-cü il təvəllüdlü oğlu Nəsimi Qəniyev tanıdığı şəxslər tərəfindən bellə döyülərək ağır xəsarət alıblar. Yaralılar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

810