Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “AtaBank” ASC və “AmrahBank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Bildirilib ki, “AtaBank” ASC və “AmrahBank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Fond tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq.
Əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.