Reklam: High Technic
hightechnic

“AtaBank“ın əməkdaşı dünyasını dəyişdi

ff28“AtaBank” ASC-nin Müşahidə Şurasının üzvü Rövşən Şəmsi oğlu Həsənov dünyasının dəyişib.

Bu barədə bankdan məlumat verilib.

R. Həsənov D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq Təsərrüfatın iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1987-ci ildə Sənaye Tikinti Bankında Mühasib vəzifəsində başlayıb və 1987-1989-cü illərdə respublikada fəaliyyət göstərən kommersiya banklarında bir sıra vəzifələrdə çalışıb.

1989-1991-ci illər ərzində Maliyyə Nazirliyində Tikinti Kompleksinin maliyyələşdirilməsi şöbəsinin Böyük İqtisadçısı, daha sonra isə Tikinti Kompleksinin Nəqliyyatın və rabitənin maliyyələşməsi şöbəsində II dərəcəli iqtisadçı vəzifəsi tutub.

1991-2000-ci illər ərzində özəl sektorda çalışıb.

2002-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankında Strategiya və proqnozlaşdırma Departamentinin Baş iqtisadçısı sonra isə Əməliyyat Departamentinin Xəzinədarlıq Əməliyyatları şöbəsinin rəisi qismində çalışıb.

2004-2007-ci illərdə “Kapital Bank” ASC-də Nağd vəsaitlərlə iş Departamentinin Nağd vəsaitlərin dövriyyəsi şöbəsinin rəisi vəzifəsini tutub.

R. Həsənov 2007-ci ildən “AtaBank” ASC-nin Müşahidə Şurasının üzvüdür(APA).

www.yenicag.az

71