“Atabəylər” serialı üçün aktyor seçimi davam edir

Azərbaycanda ilk dəfə çəkiləcək çoxseriyalı tarixi-bədii televiziya filmi üçüb aktyorlar seçilir.

Yenicag.az xəbər verir ki, “Atabəylər: Şəmsəddin Eldəniz” adlanan filmdə rol alacaq aktyorlarının seçim mərhələsi keçirilir. Dekabrın 17-də Musiqili Komediya Teatrında həyata keçirilən seçim müsabiqəsinin ikinci günündə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Münsiflər heyəti ekran işinə həyat verəcək ən layiqli aktyorları üzə çıxarmağa çalışırlar.

Hazırda ilk 8 bölüm üçün aktyor seçimi edilir.

AzTV-də yayımlanacaq serial 2 mövsümdən ibarət olacaq. İlk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır.