Atalar və övladlar: Senator Ukrayna savaşına qarşı çıxan qızından imtina etdi

Rusiyanın Ukraynaya hərbi təcavüzünə etiraza görə övladlıqdan çıxarılma faktı qeydə alınıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının üzvü Eduard İsakov Ukraynaya qarşı hərbi təcavüzü pisləyən qızı Dianadan imtina edib.

Məlumata görə, İsakov bu qərarını özünün “Telegram” kanalı vasitəsilə yayımlayıb.

Senator qızı Diananın Rusiyada “xarici agent” hesab olunan media orqanına müsahibə verərək Ukraynadakı “xüsusi əməliyyat”ı pislədiyini yazaraq bunun üçün “pul mükafat aldığını” iddia edib.

O, qızını “xain” adlandıraraq övladının “öz atasını, ailəsini və vətənini satdığını” bildirib.