Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar parlament seçkilərində bəzi tanınmış siyasətçilərin övladları da millət vəkilliyinə namizəd olublar.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, 24 seçkilərinə qatılan partiyalar ötən gün 600 nəfərdən ibarət namizədlər korpusunu Mərkəzi Seçki Qurumuna (MSQ) təqdim ediblər.
Məlumata görə, bir sıra partiyaların açıqladıqları namizədlər siyahısında ataları tanınmış siyasətçi, hətta vaxtilə nazir vəzifəsini daşımış şəxslərin övladları da yer alıb.
Məsələn, daxili işlər və ədliyyə naziri Mehmet Ağarın oğlu Zülfi Tolqa Ağar hakim AKP-nin namizədlər siyahısına daxil edilib. Namizədliyi Elazığdan irəli sürülünə kiçik Ağar siyahıda 3-cü sıradadır.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri Bülent Arının oğlu Əhməd Mücahit Arınç da AKP-nin millət vəkilliyinə namizədlərindən biridir. Əhməd Arınç İstanbul 3-cü bölgə üzrə mübarizə aparacaq. O, siyahıda 11-ci yerdədir.
Bunlardan başqa, Səadət Partiyasının keçmiş sədri Mustafa Kamalakın oğlu Muhammet Furkan Kamalak ilə həmin partiyanın liderlərindən biri olmuş Oğuzhan Asiltürkün gəlini, partiyanın İstanbul Qadın Təşkilatlarının rəhbəri Nagehan Gül Asiltürk də millət vəkilliyinə namizəddirlər.