“Səsverməyə getmədim. Düzünü deyim ki, heç namizədin də kimliyindən xəbərim yoxdur”
Bunu Yenicag.az-a açıqlamasında tanınmış müğənni, Əməkdar artist Şölə Səfərəliyeva deyib.
O, Azərbaycanda dünən keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsverməyə qatılmadığını bildirib:
“Səsverməyə getmədim. Düzünü deyim ki, heç namizədin də kimliyindən xəbərim yoxdur.
Uzun illər əvvəl atam deputat olmaq istəyirdi. 1990-cı illərin axırları idi. Atam və qardaşımla bərabər Xətai rayonu ərazisində qapı-qapı gəzib imzalar toplayırdıq, məlumatlar verirdik. Amma alınmadı. O gün, bu gün haçansa seçkilərdə iştirakımı xatırlamıram. Heç namizədlərin də kimliyini bilmirəm. Əvvəllər namizədlər adətən seçkilərə bir ay qalmış gəlib bir-iki skamya rəngləyirdilər, bu il heç onu da etmədilər ”.
Cəvahir