Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Atambayevin tərəfdarları əsir götürdükləri xüsusi təyinatlıları azad etdi

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Qırğızıstan dövlətinin xüsusi təyinatlıları sabiq prezident Almazbek Atambayevi həbs etmək üçün onun Köy-Taşda yerləşən iqamətgahına basqın ediblər. Onlar Atambayevin adamlarına atəş açıblar. Qarşı tərəf də onlara adekvat şəkildə cavab verib. Nəticədə 1-i jurnalist olmaqla 52 nəfər xəsarət alıb.

Belə ki, xüsusi təyinatlılardan biri həyatını itirib, 6 nəfər eks-prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Atambayevi isə yaxalamaq mümkün olmayıb.

Yenicag.az “Ria.ru”ya istinadən xəbər verir ki, bu gün girov götürülən xüsusi təyinatlılar azadlığa buraxılıb.

Qeyd edək ki, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin əlindən onun sabiq prezident statusu alınıb və o, bir çox cinayətdə şübhəli elan olunub.

Atambayev özü isə ona yönəldilən ittihamları qəbul etmədiyini açıqlayıb.

Loading...

www.yenicag.az

2090
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100