!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Atamın nitqi tutuldu, ölənə qədər danışmadı" - Elçin Hüseynov

!Reklam – Yazi

Müğənni Elçin Hüseynov həyatının ən böyük itkisindən danışıb.

Yenicag.az-a açıqlama verən müğənni 5 il öncə dünyasını dəyişən atasını xatırlayaraq kövrəlib:

“Atam səkkiz uşağın yox, həm də bütün nəslin ağsaqqalı idi. Bu gün biz nəsillikcə atamın qoyduğu yolla gedirik. Bu nəsildə birinci müğənni mən olmuşam. Atamın mənə bir nəsihəti olub ki, onu hər zaman yadımda saxlamışam. Deyirdi ki, heç vaxt hansı nəslin nümayəndəsi olduğunu yadından çıxarma və bu nəslin adına xələl gətirən bir hərəkət etmə. 25 ildir bu sənət aləmindəyəm, həmişə atamın sözləri qulağımda səslənib, sənətimdən qabaq insanlığımı düşünmüşəm. Böyük oğlumun adı Pənahdır. Oğlum dünyaya gələn günü səhər atama zəng vurdum və dedim ki, oğlum oldu, sənin adını qoydum. Məni təbrik etdi və xeyir-duasını verdi. Bu atamın son sözləri oldu. Ondan sonra insult keçirdi və nitqi tutuldu, dünyasını dəyişən günə qədər danışmadı. Oğlum dünyaya gələndən bir ay sonra dünyasını dəyişdi. Son nəfəsində mənə heç nə deyə bilmədi. Həmişə onu xatırlayanda çox kövrəlirəm”.

Cəvahir

www.yenicag.az

3255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv