“Atamın sağ tərəfi işləmir, hər şeyi xatırlamır…”

ramiz-265Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var.

Bu barədə açıqlamasında aktyorun qızı Cəlalə xanım məlumat verib.

O, xalq artistinin beynində müəyyən qüsurların yarandığını bildirib:

“Atam iki ilə yaxındır ki, bu vəziyyətdədir. Sağ tərəfi ümumiyyətlə işləmir. Əli və ayağı işləmədiyindən bayıra da çıxa bilmir. Sərbəst gəzə bilmir, beynində qüsurlar yaranmağa başlayıb. Tam olaraq hər şeyi xatırlamır, fikrini toplayıb izah edə bilmir. Səhhəti Allaha şükür pis deyil. Hazırda evdə müalicə alır. Həkimlər deyir ki, yavaş-yavaş düzələcək”.

Cəlalə xanım Ramiz Əzizbəyli adından mətbuatda yalan məlumatları dərc edənlərə müraciət edib:

“Bu məni narahat edən bir mövcuddur. Yaxşı ki, soruşduz. Mətbuatda özlərindən bəzi məlumatlar yazırlar. Guya Ramiz müəllim hər şeydən gileylənir, ona heç bir köməklik olunmur. İndi prezident təqaüd ayırıb. Atamın heç bir şikayəti yoxdu.

Prezidentin ayırdığı təqaüdlə özü özünü müalicə edir. Bunun kimi artıq söhbətlərə ehtiyyac yoxdur. Bizdən heç bir məlumat almadan təkrar-təkrar xəbərlər dərc edilər. Xahiş edirik ki, belə yalan məlumatları dərc etməsinlər”.(Qafqazinfo)