Əməkdar artist, aktrisa Dilarə Əliyeva və həyat yoldaşı “Soy” prodakşının rəhbəri Oqtay Əliyev tədbirlərin birinə qızları ilə birgə qatılıb.
Yenicag.az-ın fotokamerasına poz verən ailə suallarımızı da cavablandırıb.
Saytımıza açıqlama verən O. Əliyev qızlarına sərt ata olmadığını deyib:
“Özlərindən də soruşsanız, təsdiqləyərlər, sərt ata deyiləm. Qızlarıma qadağa qoymuram, kef eləyirlər”.
D.Əliyeva buna əsas olmadığını bildirib:
“Tərif kimi çıxmasın, amma qızlarım çox ağıllıdır. Nəyin olar-olmazını özləri yaxşı bilir”.
11 yaşlı Banu atasının onlara sərbəstlik verdiiyni deyib:
“Nə atam, nə də anam heç vaxt bizə qarşı sərt olmayıb. Həmişə sərbəst hərəkət edə bilmişik. Bir dəfə də olsun atam mənə əl qaldırmayıb. Ondan qorxmuruq, əksinə sevirik. Arada geyimlərimizə müdaxilə edir. O da bilirsiniz nə vaxt? Soyuq olanda nazik geyinirəm, deyir ki, qayıt əynini dəyiş, qalın geyin, soyuq olar, xəstələnərsən”.
Cəvahir
Foto:Cəmalə