!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atası Fuad Abbasovun deportasiya edilməsindən danışdı: “Ermənipərəstlərin hiyləsi…”

!Reklam – Yazi

“Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı məsələ ermənipərəstlərin hiyləsidir. Burada bəzi azərbaycanlıların da rolu var”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun atası Malik Abbasov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiyada bəzi Azərbaycan diaspor rəhbərləri Azərbaycan xalqı üçün müsbət addım atmayıb: “Fikir vardı ki, Rusiyada yaşayan azərbaycanlılara lider seçilsin. Burada namizədliyi təklif olunanlar arasında Fuad Abbasovun da adı vardı. Çünki Fuadın Rusiyada yaşayan azərbaycanlılar arasında hörməti böyükdür. Amma Fuad demişdi ki, Rusiya vətəndaşı deyil, ona görə də bu, mümkün olmaz. Buna baxmayaraq bəzi diaspor liderləri Fuada qarşı təxribat hazırladırlar, nəticə də belə oldu. Əminəm ki, bunu Fuada qarşı hazırlayanlar Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov və Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqovadır”.

M.Abbasov qeyd edib ki, həm ölkə daxilində, həm də xaricində azərbaycanlıların təhlükəsizliyinin qarantı Azərbaycan hökumətidir: “Azərbaycan hökumətinə müraciət edirəm, Fuad Abbasovu müdafiə etsinlər. Bu müdafiə dövlət tərəfindən olmalıdır. Fuad Abbasov ya sərbəst buraxılmalıdır, ya da Azərbaycana göndərilməlidir. Ehtimal edirik ki, o şərlənə bilər. Ona görə də məsələ tezliklə həll edilməlidir”.

F.Abbasovun atası Azərbaycan Milli Məclisinin deputatı Araz Əlizadəyə də cavab verib: “Araz Əlizadə Azərbaycan üçün nə edib ki? Fuad Abbasov Rusiyada azərbaycanlıların maraqlarını qoruyurdu”.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Ximski şəhər məhkəməsi Fuad Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi bağlı qərar çıxarıb. Moskva vilayət məhkəməsi də F.Abbasovun apellyasiya şikayətini təmin etməyib. O, buna etiraz olaraq aclıq aksiyasına başlayıb./Report/

www.yenicag.az

1737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv