Atasını öldürüb, 11 il pensiyasını alıb

İngiltərənin Stokport şəhərində 63 yaşlı qadın polisə 2006-cı ildə işlədiyi cinayəti etiraf edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Barbara adlı qadın atasını öldürdüyünü və cəsədi yaşadıqları evin həyətində basdırdığını deyib.

Məlumata görə, onun atası Kennet Kumbes sakit həyat tərzi sürüb. O, İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrində pilot vəzifəsində çalışıb. Müharibədən sonra Kennet Meri adlı qadınla ailə qurub. Onların iki oğlu və Barbara adlı bir qızı dünyaya gəlib.

İllər sonra ərindən ayrılan Barbara atasının yanına köçüb. Onların aralarındakı münasibətin necə olması və qadının atasını hansı səbəbdən öldürməsi haqqında məlumat verilmir.

Araşdırma zamanı müəyyən edilib ki, Barbara 11 ildir ki ölən atasının pensiyasını alıb. Qadın ondan atasını soruşanlara, xərçəng xəstəliyinə tutulduğunu və vəziyyətinin ağır olduğunu deyib.

COP29