Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Atasını qətlə yetirən oğulun ŞOK ETİRAFI: "Kartı vermədiyinə görə..." – VİDEO

Tovuz rayonunun Aşağı Quşçu kəndində qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, yerli sakin, 49 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 83 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman mübahisə yaranıb və nəticədə qətl törədilib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Hadisə ilə bağlı qohum olan Telxanım Bağırova açıqlamasında bildirib ki, oğlu qətli törətdiyini özü etiraf edib. “Dedi mən öldürmüşəm. Öldürəndən sonra da bibisigilə çıxıb gedib. Kartı vermədiyinə görə atamı öldürdüm deyib”.

Qohum Yusif Namazov da bildirib ki, hər ikisi də sakit adam olub.” Ağıla gəlməz bir şeydi. Kantuziyalı adam idi. Uzun müddət müharibədə olan adam olub”.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

1072