!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atasını qətlə yetirən tələbənin fotosu – Yeni təfərrüatlar

!Reklam – Yazi

 

qachay2esas5Dünən Yardımlı rayonunun Alar kəndində atasını ov tüfəngi ilə güllələyən 17 yaşlı tələbə barədə müəmmalar davam edir.

Onun vəhhabi olması və atasını “imamının” əmriylə öldürməsi xəbərini rəsmi qurumlar təkzib edib.

Belə bir ərəfədə AzNews.az atasını güllələyən Qaçay Şahverənovun fotosunu əldə edib.

Fotodan görünür ki, Qaçay saqqal saxlayırmış. Lakin bu saqqalın vəhhabiliyə nə dərəcədə aidiyyətinin olması barədə birmənalı fikir söyləmək olmaz.

Qeyd edək ki, tələbə oğlanın vəhhabi olması iddiası ilə kənd sakinləri, qətlə yetirilən şəxsin yaxınları çıxış ediblər. Bildiriblər ki, Qaçayın saqqal saxlaması, vəhhabilər kimi qısa ətəkli şalvarlar geyinməsi atası ilə arasında ciddi problemlər yaradıb. Hətta iş o yerə çatıb ki, atası onu saqqalını qırxmadığı təqdirdə öldürəcəyi ilə hədələyib. Bundan sonra – hadisə baş verməzdən bir neçə gün əvvəl Qaçay evlərindən çıxıb yaxın qohumlarıgildə qalmağa başlayıb. Qohumlarıgildə qalarkən isə əmisinin təkidi ilə saqqalını qırxıb.

Digər məlumata görə isə, Quba Dövlət İqtisad Kollecində təhsil alan Qaçay atasını anasını incitdiyinə görə öldürüb. Prokurorluqdan verilən məlumata görə, öldürülən şəxs həyat yoldaşını tez-tez döyür, ona qarşı nalayiq ifadələr işlədirmiş. Anasının təzyiqlərə və təhqirlərə məruz qalmasına dözməyən oğul atasının canına qıyıb.

Əldə etdiyimiz fotonu təqdim edirik:

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv