Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün əsgər formalarını “Coco Chanel”ə hazırlatdığı barədə məlumatlar bir çoxlarına aydındır.
Yenicag.az xəbər verir ki, əsgər forması hərbi psixologiya motivlərini və dövlətin silahlı qüvvələrinin estetik baxımdan ifadəsini ortaya qoyan ən vacib amillərdən biridir. Məsələn, həmin vaxt nasistlər formalarını “Hugo Boss”a hazırlatdıraraq alman dəqiqliyini və kəskinliyini ifadə etməyə çalışmışdılar.
Məhz türk ordusunun hərbi geyimləri Avropa və Şərq mədəniyyətinin harmoniyasından ərsəyə gəlmişdi. Hələ o dövrdə Atatürk “Coco Chanel”lə əlaqə quraraq hərbi geyimlərin əsas cizgilərini müəyyənləşdirmişdi.
“Şanelin komfortlu dəb anlayışı, bacarığı və dünyaya yayılan şöhrəti Atatürkün də diqqətini çəkmişdi. O, 30-cü illərdə Türk Silahlı Qüvvələrinin rəsmi geyimi üçün Kokoya müraciət etmişdi. Həmin dövrün fotolarına baxdıqda insana elə gəlir ki, hər bir əsgər teatr səhnəsinin içindən çıxıb. Türk əsgərləri 1945-ci ilə qədər bu paltarları geyinmişdi.
Bu geyimlərin ən yaxşı nümunələrini isə Atatürkün cənazəsində nümayiş olunmuşdu.