“Atatürk haqqında məlumatımız yox idi” – İlham Rəhimov

Bu gün Ankarada Türkiyə Vəkillər Birliyinin təşkilatçılığı ilə Dünya lideri Atatürkü anma proqramı keçirilib.

Yenicag.az xəbər verir ki, konfransda çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı kiprli türklərin, “Yurdda sülh, dünyada sülh” deyən Atatürkün göstərdiyi yolu qətiyyətlə getdiklərini və bundan sonra da getməyə davam edəcəklərini bildirib:

“Böyük lider Mustafa Kamal Atatürk, yalnız Türkiyə üçün deyil, bütün dünya üçün əhəmiyyətli və unikal bir dəyərdir. Atatürkün mübarizəsi, təhkim altında yaşamaq istəməyən hər xalqın azadlıq və xalqlar arasında bərabərlik, əməkdaşlıq mühitinə əhəmiyyət verən sülh ehtirasına güclü bir istinaddır. Kiprli Türklər, bir əsrə yaxın müddətdir ki, Mustafa Kamal Atatürkə sarsılmaz bir sevgiylə bağlılıqlarını davam etdirirlər. Qurtuluş savaşı ərzində ingilis müstəmləkəsi olduğu halda Kiprli Türklər Anadoluya maddi mənəvi dəstək vermənin yollarını axtarıb tapmışdılar. Hər kəsə məlumdur ki, o dövrdə könüllü olaraq Anadoluya gedərək cəbhələrdə döyüşən Kiprli Türklər vardı .Bizlər Kiprli Türklər olaraq “Yurdda sülh, dünyada sülh” deyən Atatürkün göstərdiyi yolu qətiyyətlə yürüdük, bundan sonra da getməyə davam edəcəyik. “Ölkədə azadlıq olmayan bir ölüm və dağılma var. Hər irəliləmənin və qurtuluşun anası azadlıqdır “deyən böyük öndərin yolundan azmadıq”.

Tədbirdə Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimova da söz verilb. İ. Rəhimov çıxış edərək Atatürkün əbədi dünyaya qovuşmasına həsr olunmuş bu tədbirə görə Mətin Feyzioğluna öz assosiyasiyası adından təşəkkürünü bildirdi:

“Şəxsən mən Sovetlər dövründə böyüyüb, yetişmiş bir insan olmuşam. Çox təəssüflər olsun ki, elə bir dövrdə Mustafa Kamal Atatürk haqqında demək olar ki bir o qədər də məlumatımız yox idi. Ancaq bizim atalarımız, babalarımız bizə müəyyən qədər bu böyük insanın kim olması barədə danışırdılar. İndi Mustafa Kamal Atatürk haqqında dünyanın bütün dillərində çoxlu kitablar yazılır. Onun barəsində şeirlər, çox böyük məlumatlar var. Şəxsən mən bu böyük şəxsiyyətin haqqında həddindən artıq çox kitablar oxumuşam. Onun barəsində çox böyük məlumatım var. Bu böyük insanın, bu dahi şəxsiyyətin haqqında çox şeylər yazılır. Ancaq mən həmişə belə düşünmüşəm ki, belə bir insan barədə nə qədər çox yazılsa, nə qədər xoş sözlər deyilsə də, onun barəsində nə qədər çox bilsən də, barəsində nəsə demək çox da asan deyil. Kim nə desə, kim nə yazsa da, axırı bir nəticəyə gəlmək olur – Allah belə bir şəxsiyyətləri min ildən bir yaradır. O, təkcə bizim – türklərin lideri deyildi, burada düz qeyd olunub ki, Atatürk dünya lideridir. Və biz bunu belə də qəbul edirik. Allah ona rəhmət eləsin.

Daha sonra isə tədbirdə iştirak edən digər ölkələrin nümayəndələri çıxış etdiblər.

Aydan Axundova, Ankara