Atatürk Hava Limanında təyyarələr toqquşub.
Yenicag.az xəbər verir ki, İstanbul-Kasablanka reysi ilə uçmalı olan təyyarənin sağ qanadı İstanbul-Afina reysi üzrə sərnişin qəbul etməyə hazırlaşan “Boeing 777”nin quyruğuna çırpılıb.
Nəticədə həm “Royal Air Moroc”a məxsus sərnişin təyyarəsinə, həm də Türk Hava Yollarının “hava gəmisi”nə ciddi ziyan dəyib.