!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Atatürk "soyqırımı" yalanını ən iyrənc yalan adlandırıb" - Hulusi Kılıç

!Reklam – Yazi

“Türklər heç bir zaman soyqırımı törətməyib. Axısxa türklərinə, Kırım türklərinə edilən soyqırımılarını hər kəs xatırlasın”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) sədri Ziyaatdin Kasanovla birgə keçirilən mətbuat konfransında Türkiyənin ölkəmizdəki Sabiq səfiri Hulusi Kılıç səsləndirib.

Hulusi Kılıç Çox Baydenin məlum açıqlamasının bölgədə gərginliyi artıracağını vurğulayıb:

“Atatürk 1925-ci ildə deyib ki, bu soyqırımı iyrənc yalandır.

Cənab prezident İlham Əliyev dünən Rəcəb Tayyib Ərdoğana zəng edərək onunla həmrəyliyini nümayiş etdirdi. Bu bizim bir millət olduğumuzu bir daha göstərdi. 3 gün əvvəl Hikmət Hacıyev də soyqırımı ilə bağlı mesaj verərək Türkiyənin yanında olduğunu qeyd etmişdi.

Türk Keneşi də bu məsələdə dəstəyini verdi. Xocalıya baxsınlar, Axısxa türklərinin qətliamlarına baxsınlar. Tariximizlə qürur duyuruq. Yalanlar boş sözlərdir. Bu açıqlama bölgəyə nifrət toxumları səpəcək. Bu açıqlama insani dəyərlərdən uzaq açıqlamadır və şiddətlə qınayırıq”.

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv