Atatürkün doğulduğu ev tapıldı

6429cb8bbbc1c331e1cc432809b99376Yunanıstanın Selanik vilayətinin bələdiyyə sədri Yiannis Boutaris görkəmli tarixi şəxsiyyət Mustafa Kamal Atatürkün doğulduğu evi tapdıqlarını söyləyib. Yenicag.az xəbər verir ki, həmin ev Selanik yaxınlığındakı Lanqada qəsəbəsində yerləşir.

Bələdiyyə sədri deyib: “Atatürk Türk ola bilər, amma əvvəlcə selanikli və böyük bir şəxsiyyət. Turizm üçün deyil, Selanikin Osmanlı keçmişi bir gerçəkdir, biz tarixi ortaya çıxarmaq və tanıtmaq istəyirik. Düşmənliklərə son qoyulmalıdır”.
Qeyd edək ki, Atatürkün uşaqlıq və yeniyetməlik illəri Selanikdə yerləşir. Onun uşaqlıq illərində yaşadığı ev barəsində konkret tarixi faktlar olsa da, doğulduğu yer haqqında zaman-zaman mübahisə və qeyri-müəyyənliklər yaranırdı.

COP29