Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye məhsullarının istehsalı və emalı layihələrinin maliyyələşdirilməsi çərçivəsində ATC Company MMC-yə 195 min manat güzəştli kredit verilib.
Yenicag.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.
Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 2.195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit ayrılıb. Güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.