!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Atəşgah Sığorta" şirkəti ləğv edildi

!Reklam – Yazi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 6 oktyabr 2017-ci il tarixli qərarına əsasən “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə qərar “Başak-İnam Sığorta Şirkəti” ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.

6 oktyabr 2017-ci il tarixdən lisenziyası ləğv olunmuş “Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta agenti fəaliyyətinə “Nikoyl Lizinq Kompaniyası” MMC-yə verilmiş 1 iyun 2009-cu il tarixli, “Atəşgah Sığorta Agentliyi” MMC-yə verilmiş 1 iyun 2009-cu il tarixli, “İnteqral” QSC-yə verilmiş 19 oktyabr 2012-ci il tarixli lisenziyaları da ləğv edib. MBNP-dan bildirilib ki, bu qərarlar lisenziya sahiblərinin könüllü müraciətləri əsasında “Sığorta fəaliyyəti haqqında” qanun və Palatanın nizamnaməsinə müvafiq olaraq qəbul edilib.

Əvəzində, iki sığorta vasitəçisinə müddətsiz lisenziya verilib. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq “Sizin sığorta brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Avand Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

 

www.yenicag.az

3434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv