“Atəşgah”ın biliciləri Avropa Kubokunda- FOTO

Oktyabr ayının 11-13-də Belorusiyanın paytaxtı Minsk şəhərində tələbələr arasında intellektual oyunlar üzrə Avropa Kuboku keçiriləcək.

Yenicag.az xəbər verir ki, beynəlxalq festivalın üç günlük proqramında “Nə? Harada? Nə zaman?”, “Erudit-Kvartet”, “Breyn Rinq” və “Fərdi oyun” kimi komanda oyun distiplinləri üzrə medal dəstləri oynanılacaq.

30-dan çox Avropa ölkəsi iştirak edəcək turnirdə Azərbaycanı “Atəşgah” klubunun “KCN” komandası təmsil edəcək.

Fransa-Azərbaycan universitetdən, Bakı Dövlət Universitetdən və Bakı filialın Lomonosov adına Moskva Dövlət Universitetdən tələbələrindən ibarət “KCN” komandası “Atəşgah” klubunun tələbə liqasının nəticələrinə əsasən, Azərbaycanı təmsil etmək hüququnu əldə edib.

Komandanın tərkibinə Əbdül Quliyev, Sara Salayeva, Daniil Mihaylov, Məsumə Suleymanova, Marina Kalmıkova və Sənan Nəcəfov (komandanın kapitanı) daxildir.

“Atəşgah” bilicilər klubu 1989-cu ildən fəalliyyət göstərir və Azərbaycanın ən qədim intellektual klubudur. Klubun komandaları Azərbaycanı mütəmadi olaraq müxtəlif beynəlxalq turnir və festivallarda təmsil edirlər.

COP29