Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Atəşkəs çağırışı edən ölkələrin Ermənistanı silahlandırması ikiüzlülükdür” - Dövlət Baxçalı

Reklam: Sinerji Pro

“Atəşkəs, aldatmadır, baş qatmaqdır, Vətən torpaqları mübarizə ilə geri alınacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində (TBMM) partiya fraksiyasının toplantısındakı çıxışı zamanı deyib.

Dövlət Baxçalı Azərbaycanın öz torpqlarını işğaldan azad etmək üçün sona qədər mübarizə aparacağını bildirib:

“Azərbaycan Dağlıq Qarbağda qəhrəmanlıqla irəliləyir. Üç rayon mərkəzi, üç qəsəbə, 150-yə yaxın kənd ilə bəzi yüksəkliklər işğaldan azad edilib.

Qarabağ Azərbaycandır, Qarabağ türkdür. İşğalçı Ermənistan haqsızdır, hüquqsuzdur, terrorçudur. Arxadan qorxaqcasına hücum edən Ermənistandır.

Bir tərəfdən dialoq çağırışı edən ölkələrin digər tərəfdən Ermənistana silah verməsi tarixin şahid olduğu ən qorxunc ikiüzlülükdür. Humanitar atəşkəsi pozan yenə Ermənistan olub. Atəşkəs, aldatmadır, baş qatmaqdır. Vətən torpaqları mübarizə ilə geri alınacaq”.

Aqil Bəkir

www.yenicag.az

484