“Atəşkəs olmayacaq” – İsrail rəsmisi

“Qəzza zolağında atəşkəs olmayacaq”.

Yenicag.az xəbər verir ki, bunu yüksək rütbəli İsrail rəsmisi CNN-ə girovların azad edilməsi üçün aparılan danışıqları şərh edərkən deyib.

“İsrail və ABŞ oğurlananların mümkün qədər tez azad edilməsini istəyir, lakin humanitar səylərin HƏMAS-ın məhv edilməsi missiyasına təsir etməsinə icazə verilməməlidir”, – rəsmi əlavə edib.

Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.

COP29