ATƏT Azərbaycan və Ermənistana çağırış etdi

“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”.

Yenicag.az xəbər verir ki, bunu ATƏT-in Polşa sədrliyi “Twitter” də açıqlayıb.

“Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, – açıqlamada qeyd olunub.

Xatırladaq ki, yanvarın 1-dən etibarən Polşa bir illik Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT)sədrlik edir.