Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

ATƏT Ermənistan və Azərbaycana çağırış etdi

Reklam: High Technic

ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Minskdə keçirilən bugünkü iclasında “ATƏT regionunda Sülh və Rifah naminə Qarşılıqlı İnam və Əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi müzakirə edilib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, Ermənistan nümayəndə heyətinin etirazlarına baxmayaraq, Azay Quliyevin təklifləri ATƏT PA tərəfindən qəbul olunub. ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin daha bir mühüm təklifi Assambleya tərəfindən səs çoxluğu ilə qəbul edilib. Azay Quliyevin təklifi ilə qətnamənin 24-cü bəndinə edilən dəyişikliyə əsasən “PA Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş olmamasından dərin təəssüf hissi ilə çıxış edərək, münaqişənin ən tez davamlı həll yolunun tapılması üçün tərəfləri dərhal substantiv danışıqlara başlamağa və bu məqsədlə ATƏT-in Minsk qrupunun həmsədrlərini səylərini ikiqat artırmağa çağırır”.

Azay Quliyev yuxarıda qeyd edilən əlavə ilə bağlı çıxışında qeyd edib ki, “bu il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyidir, lakin təəssüflə qeyd etmək lazımdır ki, bu təsisat heç bir real nəticəyə nail ola bilməyib. Düzəlişin məqsədi ATƏT PA tərəfindən münaqişənin tərəflərinə siyası siqnalın göndərilməsidir”.

ATƏT PA-nın illik sessiyası iyulun 9-dək işini davam etdirəcək.

Yenicag.az

www.yenicag.az

294