!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATƏT həmsədrləri Dağlıq Qarabağda: Nələr müzakirə edildi?

!Reklam – Yazi

ATƏT-in Minsk qrupunun həmsədrləri – Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər.

Yenicag.az xəbər verir ki, vasitəçilər oktyabrın 30-da Yerevanda Ermənistan rəhbərliyi ilə danışıqlar apardıqdan sonra Dağlıq Qarabağa yollanıblar.

Minsk qrupunun həmsədrləri Xankəndidə separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.

Qeyd edək ki, oktyabrın 29-da həmsədrlərin bölgəyə səfəri başlayıb. Onlar öncə Yerevanda olub, bir sıra görüş keçiriblər. Onlar oktyabrın 31-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək növbəti monitorinqdə iştirak edəcəklər. Həmsədrlər daha sonra Bakıya gələcəklər./Report/

www.yenicag.az

1683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv