!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 19-da Bakıda olacaqlar"

!Reklam – Yazi

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər çərçivəsində iyunun 19-da Bakıda olacaqlar.

Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin substantiv danışıqlar yolu davam etdirilməsinə hazırdır.

“Ermənistan xarici işlər naziri E.Nalbandyanın ATƏT-in Baş katibi ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi cəfəng fikirləri bir daha onu göstərir ki, Ermənistanın siyasəti işğala əsaslanan status-kvonun davam etdirilməsidir.

Ermənistan xarici işlər nazirinin Azərbaycan ərazilərinin işğalına öz müqəddəratını təyin etmə donu geyindirməyə çalışması cəhdləri yalnız faşist Almaniyası tərəfindən 1938-ci ildə keçmiş Çexoslovakiyanın Sudet əyalətinin işğalı ilə müqayisə oluna bilər.

Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir. Bununla beynəlxalq ictimaiyyət bir daha Ermənistana aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul etməyəcək. Həmçinin, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Ermənistan bu reallığı nə qədər tez dərk edərsə və danışıqlar masasında olan plana uyğun olaraq öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər”, – deyə H. Hacıyev qeyd edib.

Yenicag.az

www.yenicag.az

906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv