Aprelin 10-11-də Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ATƏT-in sədri qismində Gürcüstana rəsmi səfər edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
ATƏT rəhbərini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili qəbul edəcək.
“Həm təkbətək formatda, həm də iki ölkənin nümayəndə heyətləri arasında görüşlər keçiriləcək, bundan sonra birgə mətbuat bəyanatları veriləcək.
Səfər çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Şalva Papuaşvili də Şimali Makedoniyanın xarici işlər naziri ilə görüşəcək.
Osmani Gürcüstana səfəri çərçivəsində işğal xəttinə də baş çəkəcək və yerlərdə mövcud vəziyyətlə tanış olacaq./Oxu.az/