ATƏT-in Yerevandakı ofisi fəaliyyətini dayandırır

ATƏT-in Daimi Şurası Ermənistanda təşkilatın nümayəndəliyinin mandatının uzadılması məsələsində konsensus əldə edə bilməyib. Bu səbəbdən ATƏT-in Yerevandakı ofisi bu il avqustun 31-də fəaliyyətini dayandıracaq.

Yeniçağ.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatdan bildirilib.

Vurğulanıb ki, tərəflər konsensusa gələ bilməyərək mandatın uzadılmasına dair məsələdə ortaq qərara gələ bilməyiblər.

Yeniçağ.Az

COP29