!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATƏT-in zirvə toplantısı - ASGA sədri Vyanada

!Reklam – Yazi

8-10 Oktyabr 2018-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in mənzil qərargahında “ATƏT regionunda insan haqlarının təbliği, birgə yaşayış və təhlükəsizlik məsələləri” mövzusunda ikinci dərəcəli zirvə toplantısı keçiriləcək.

Tədbirdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media ekspert Səbuhi Abbasov iştirak edəcək.

10-21 Sentyabr tarixində Varşava şəhərində baş tutmuş ATƏT Sammitinin nəticələrinin müzakirəsinə həsr olunmuş bu toplantıda ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edəcəklər. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media ekspert Səbuhi Abbasov isə tədbirə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə qatılacaq.

Məlumat üçün qeyd edək ki, S.Abbasov 10-21 Sentyabr tarixində Varşava şəhərində baş tutmuş ATƏT Sammitində də çıxış edərək iştirakçılara müraciət ünvanlamışdı.

www.yenicag.az

16461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv