Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

ATƏT müşahidəçinin statusunu niyə ləğv edib? - AÇIQLAMA/VİDEO

Müşahidəçi statusu ləğv edilən Aygün Attar baş verənlərə aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, o, Real TV-yə açıqlamasında statusunun ləğv edilməsini ATƏT-in mövqeyinə etiraz etməsilə əlaqələndirib.

“Müşahidəçisi olduğum təşkilatın qərəzli mövqeyindən rahatsızlıq duydum. Bunu yazılı şəkildə missiyanın rəhbərliyinə bildirdim. Həqiqətləri elmi-nəzəri və sənədli şəkildə söylədiyim üçün narahat oldular və statusumu ləğv etdilər. Mən qeyd etmişdim ki, ATƏT öz səlahiyyətlərini icra etməlidir, tərəfsiz olmalıdır. Amma ATƏT tərəfli idi. ATƏT radikal və müxalif fikirləri həqiqət kimi təlqin edə bilməz. Daha çox sonuncu paraqrafda yazdığımdan narahat olublar. Qeyd etmişdim ki, seçkilər Azərbaycan xalqının seçimidir. ATƏT xalqın seçiminə hörmət etməlidir. Bundan narahat olaraq stasumu ləğv etdilər”, -deyə Aygün Attar bildirib.

Onun müsahibəsini tam olaraq təqdim edirik:

www.yenicag.az

280