!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi – VİDEO

!Reklam – Yazi

ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası işini davam edir.

Yenicag.az xəbər verir ki, qurumun 3 Daimi Komitəsinin bu gün keçirilən birgə iclası çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev XX əsrin ən dəhşətli qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış edib.

Azay Quliyev qeyd edib ki, sabah Azərbaycan xalqı dərin hüzn və kədərlə bu faciəli hadisənin 29-cu ildönümünü qeyd edəcək.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əsas şəhərlərindən biri olan Xocalıda qırğın törədib. Bu dəhşətli soyqırımı aktı nəticəsində, yalnız etnik mənşəyinə görə 106 qadın, 63 uşaq 70 yaşlı insan olmaqla ümumilikdə 613 azərbaycanlı mülki şəxs vəhşicəsinə qətlə yetirilib.

Bu günə qədər 16 dövlət 22 ABŞ ştatı Ermənistanın törətdiyi bu vəhşiliyi soyqırımı aktı kimi tanıyır bu rəqəm ilbəil artmaqdadır.

ATƏT PA-nın vitse-prezidenti toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Baş Prokurorluğu bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək üçün bütün lazımi sübut dəlilləri toplayıb, lakin təəssüf ki, beynəlxalq dəstəyin olmaması səbəbindən bu şəxslər cəzasız qalmaqla yanaşı, həm yaxın keçmişə kimi Ermənistanda yüksək dövlət vəzifələrini tutublar.

Yekunda Azay Quliyev ayrı-ayrı ölkələri, ATƏT-i digər müvafiqbeynəlxalq qurumları bu soyqırımı aktını pisləməyə bu cinayətkarların layiqincə cəzalandırılmasını dəstəkləyərək insanlıq ortaq dəyərlərimiz naminə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırıb.

Amerika Birləşmiş Ştatlarının ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri senator Benjamin Kardinin ATƏT-in Minsk Qrupunun gələcəkişinin mümkün istıqamətlərinə dair sualına cavab olaraq Azay Quliyevə bildirib ki, həmsədrlərin fəaliyyəti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan sülh, sabitlik əməkdaşlıq vizyonunun həyata keçirilməsinə yönəldilməlidir. Həmsədrlər beynəlxalq ictimaiyyətin münaqişədən sonrakı bərpa yenidənqurma səylərinə yardım dəstəyini səfərbər etməlidirlər.

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv