Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ATƏT PA Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı qətnamə qəbul etdi

ATƏT-in Parlament Assambleyasının (PA) Lüksemburqda keçirilən 48-ci sessiyasında Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı qətnamə səsə qoyularaq qəbul edilib.

Yenicag.az xəbər verir ki, 26 maddədən ibarət qətnamədə Gürcüstanın işğal edilmiş ərazilərində vəziyyət, təhlükəsizlik, insan haqları kimi məsələlərə toxunulub.

Layihədə işğal edilmiş ərazilərdə tikanlı məftillərin çəkilməsi, Abxaziya və Cənubi Osetiyada etnik diskriminasiya, işgəncə, qətllər, kobud rəftar və qanunsuz həbslərin olduğu qeyd edilib. Sənəddə işğal edilmiş ərazilərdə gürcü dili dərslərinin qadağan edilməsi qınanılıb.

Qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, səsvermə zamanı 50 deputat qətnamə layihəsinin əleyhinə səs verib./APA/

www.yenicag.az

1432
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100