ATƏT PA-nın qış sessiyası bu gün başlayır

aspaa6Bu gün ATƏT PA-nın 15-ci qış sessiyası başlayır.

Sessiyaya ATƏT məkanından və tərəfdaş ölkələrdən olan 300-ə yaxın parlamentarinin qatılacağı gözlənilir. Avropada miqrant və qaçqın böhranı, ona qarşı kollektiv cavab tədbirləri, habelə terrorizmlə mübarizə və Ukrayna böhranı müzakirələrin əsas mövzuları olacaq.

Qeyd edək ki, Milli Məclis sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti ATƏT PA-nın 15-ci qış sessiyasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyana şəhərində səfərdədir.(APA)