ATƏT PA-nın Vankuverdə keçirilən illik sessiyası zamanı qərara alınıb ki, Assambleyanın payız sessiyası bu ilin noyabrında Yerevanda keçirilsin.
Yenicag.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Sarqis Xandanyan bildirib.
Onun sözlərinə görə, Ermənistan ilk dəfə olaraq ən böyük regional parlament platforması olan ATƏT PA-nın əsas sessiyalarından birinə ev sahibliyi edəcək.