ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonen sentyabrın 7-də Azərbaycan Respublikasına səfərə gəlib.
Yenicag.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Kristin Muttoneni Milli Məclisin sədr müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova qarşılayıb.
K.Muttonenin Bakıda bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.
Səfər sentyabrın 10-da başa çatacaq.