Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ATƏT PA – Türkiyə münasibətləri: Vitse-prezidentdən açıqlama

Reklam: Sinerji Pro

Bir neçə gün öncə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) missiyası Türkiyədə olub.

Türkiyədə 15 iyul 2016-cı il çevrilişinə cəhddən sonra sanki beynəlxalq təşkilatların bu ölkəyə ciddi basqısı var.

Belə bir vəziyyətdə ATƏT PA nümayəndələrinin Türkiyəyə səfəri böyük maraq doğurur. Ən maraqlısı isə bu səfər təşəbbüsünün qurumun azərbaycanlı vitse-prezidenti Azay Quliyev tərəfindən irəli sürülməsi və Türkiyə üçün müsbət nəticələr əldə olunmasıdır.

Modern.az saytının “Nümayəndə heyətinin Türkiyə səfəri hansı zərurətdən doğurdu və hansı işlər görüldü” sualına ATƏT PA-nın vitse prezidenti Azay Quliyev belə cavab verib.

“2016-cı il 15 iyul tarixindəki uğursuz çevriliş cəhdindən sonra Türkiyədə yeni bir ictimai-siyasi vəziyyət və yeni reallıq yaranıb. Bu vəziyyət hamımız üçün bəllidir. Türkiyəyə dost və qardaş olan bir ölkə kimi biz hamımız bunu Azərbaycanda yaxından izləyirik. Həmçinin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) də Türkiyədə baş verən prosesləri və dəyişikliyi təqib edir. Bilirisiniz ki, ATƏT Parlament Assambleyası olaraq biz çevriliş cəhdindən dərhal sonra Türkiyəyə səfər edən ilk beynəlxalq təşkilat olduq. Bizim keçən ilin avqust ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, TBMM-nin sədri İsmayıl Kahraman və ölkənin digər rəsmilərilə görüşlərimiz oldu. Həmin dövrdə ATƏT PA olaraq çevriliş cəhdini sərt bir şəkildə qınadıq. Türkiyənin yanında olduğumuzu bildirdik”.

Azay Quliyev bildirib ki, bu il aprelin 24-də Kopenhagendə keçirilən ATƏT PA-nın Büro iclasında Türkiyədəki vəziyyət yenidən müzakirə edilib və Türkiyə ilə bağlı çox sərt fikirlər səsləndirilib.

“Hətta Türkiyəyə qarşı ciddi addımların atılması və sanksiyaların qəbul edilməsi ilə bağlı təkliflər də oldu. Lakin mən Büro üzvlərinə Türkiyə əleyhinə sərt addımlar atılmasının doğru olmadığını, rəsmi Ankara ilə dialoq imkanlarının qapatmamağı və hər hansı bir qərar qəbul etməzdən öncə vəziyyəti yerindəcə araşıdırmağı, hamının fikrini öyrənmək üçün Türkiyəyə xüsusi missiyanın göndərilməsini təklif etdim. Hesab edirəm ki, hər zaman üzv öklələrlə diaoloq imkanlarından istifadə etmək lazımdır, onu bağlamaq ən son variantdır. Təklif qəbul edildi və biz Türkiyəyə heyət göndərməyə razılaşdıq.

ATƏT PA-nın Türkiyəyə gedəcək xüsusi nümayəndə heyətinin tərkibi 4 nəfərlik büro üzvü və Baş katib daxil olmaq üzrə müəyyənləşdirildi. Biz 6-9 iyun tarixində Türkiyədə ikinci dəfə səfərdə olduq. Təkrar olaraq Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, Baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyə naziri Bekir Bozdağ, CHP lideri Kamal Kılıçdaroğlu və digər rəsmi şəxslərlə görüşdük. Həmçinin Türkiyədəki digər partiya rəhbərləri və QHT-lərlə təmasda olduq. Bizim bu görüşləri keçirməkdə məqsədimiz yuxarıda qeyd etdiyim kimi, Türkiyənin hazırki ictimai-siyasi vəziyyətini yerindəcə öyrənmək idi.

Səfər br çox baxımdan uğurlu oldu. İlk növbədə Türkiyə rəsmiləri son aylar ölkədə baş verən bütün olaylara, qəbul edilən qərarlara, xüsusilə fövqəladə hal vəziyyətinin uzadılması səbəblərinə, insan hüququ və azadlıqlarının qorunması, məhkəmələrin azad və şəffaf fəaliyyəti və bizi maraqlandıran bir çox məsələlərə aydınlıq gətirdilər”.

ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, bu gün Türkiyə 3 əsas təhdidlə üz-üzədir:

“Türkiyə bir tərəfdən müxtəlif və çeşidli terror təşkilatları ilə eyni vaxtda mübarizə aparır. Digər tərəfdən 3 milyondan çox suriyalı qaçqına evsahibliyi edir. Onların saxlanılması, yedizdirilib-içizdirilməsi üçün Türkiyənin üzərinə çox böyük maliyyə yükü düşür. Son illər Türkiyə təkcə bu qaçqınlara 25 milyard dollar vəsait xərcləyib. Ancaq Türkiyəyə Avropa İttifaqı və digər ölkələr tərəfində edilən maliyyə vədi də yerinə yetirilməyib. Türkiyə rəsmilərinin bizə verdiyi məlumata görə, üçüncü təhdid isə ondan ibarətdir ki, qarşısı alınmış, iflasa uğramış çevriliş cəhdinin nəticələrini aradan qaldırmaq, dövlət qurumlarına, ayrı-ayrı ictimai institutlara yerləşdirilmiş paralel dövlət və şəbəkə üzvlərini təmizləmək prosesi çox ağır gedir. Bilirsiniz ki, bununla əlaqədar 10 minlərlə insan həbs edilib və ya işdən kənarlaşdırılıb.

Türkiyə rəsmiləri açıq etiraf etdilər ki, onlar paralel dövlətin, yəni FETO qruplaşmasının dövlət içində bu qədər dərinə gedə biləcəklərini, ayrı-ayrı qurumlarda dərinə kök sala biləcəyini gözləmirmişlər. Bütün bunlardan təmizlənmək və yeni təhlükələrin qarşısını almaq üçün görülən tədbirlərin davamına və bir az da zamana ehtiyac var. Ona görə də fövqəladə vəziyyətin uzatdılması labüd idi. Mənim şəxsi fikrimcə ,Türkiyə dövlətçiliyini və demokratiyasını qorumaq üçün görülən bütün bu kimi tədbirlər hökumətin legitim haqqıdır. Başqa sözlə desək, Türkiyənin bu gün öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün beynəlxalq hüququn, eyni zamanda Konstitutsiyanın və qanunların verdiyi imkanlar çərçivəsində bütün addımları atmağa haqqı var”.

Azay Quliyev bildirib ki, Türkiyəyə səfər çərçivəsində hökumət tərəfindən ATƏT PA missiyasına qanunun aliliyinin təmin olunacağı, məhkəmələrin şəffaf və qərəzsiz şəkildə bütün işləri araşdıracağı, günahsız insanların haqlarının qorunması və şikayətlərinin araşdırılması üçün yaradılan xüsusi komissiyanın tam və effektiv şəkildə fəaliyyət göstərəcəyi barədə vədlər verilib.

“Bu komissiya hər hansı bir səbəbdən haqqında qərar qəbul edilmiş, işdən çıxarılmış şəxslərin narazılıqlarını, şikayətlərini araşdırır. Biz bunu alqışladıq. Doğrudan da belə bir mexanizmə ehtiyac var. Hər hansı bir günahsız insanın təziqlərə, təqiblərə məruz qalması və ya iş yerini itirməsi birmənalı olaraq yolverilməzdir. Türkiyə tərəfi də bizə tam zəmanət verdi ki, bu proseslərin həyata keçirilməsində qanunların aliliyi qorunacaq. Məhkəmələrin azad və şəffaq keçirilməsi təmin olunacaq. Hər hansı bir haqsızlığı düçar olunmuş şəxs olarsa, onun haqqı bərpa olunacaq”.
Azay Quliyev onu da deyib ki, səfərin yekunu ilə əlaqədar ATƏT PA xüsusi bəyanatla çıxış edərək, Türkiyənin üzləşdiyi bütün çağırışları və təhdidləri qeyd edib, onun üzlşədiyi problemlərin həlli üçün əməkdaşlığa və dəstək verməyə hazır olduğunu bildirib və bəzi təklif və tövsiyələrini də diqqətə çatdırıb:

“Hesab edirəm ki, AŞPA-nın, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların Türkiyəyə yönəlik çıxardığı mənfi və haqsız qərarlar fonunda ATƏT PA-nın bu cür müsbət və balanslı mövqeyi və ədaələtli davranışı təqdir olunmalıdır. Onu da xüsusilə vurğulamaq istərdim ki, ATƏT-in Baş katibi Zanier də hazırladığı hesabatda bizim bu səfərə xüsusi yer ayırmış və nümayəndə heyətinin səsləndirdiyi fikirləri müdafiə etmişdir. Bu isə ATƏT və onun Parlament Assambleyası ilə Türkiyə arasında gələcək əməkdaşlığın və dialoqun müsbət perspektivindən xəbər verir”.

Yenicag.az

 

www.yenicag.az

648
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100