!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATƏT Parlament Assambleyasının yay sessiyası başa çatdı - FOTO

!Reklam – Yazi

İyulun 6-da Vyanada ATƏT Parlament Assambleyasının yay sessiyasının plenar iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda “Təxirəsalınmaz məsələlər” çərçivəsində ABŞ-ın təklif etdiyi “ATƏT məkanında nifrət, dözümsüzlük, şiddət və diskriminasiyanın artmasına qarşı” qətnamə layihəsi səsverməyə çıxarılıb.

Səsvermədən əvvəl qətnamə layihəsini təklif edən ABŞ senatoru Bencamin Kardin Azərbaycan və Türkiyə nümayəndə heyətlərinə sənədin təkmil tərtibatına verdikləri töhfəyə görə təşəkkür edib. O bildirib ki, yeni düzəlişdən sonra sənəd islamofobiya və onun təzahür formalarına qarşı mübarizəni də ehtiva edir. Eyni zamanda, qeyd edilib ki, XX əsrin əvvəllərində tarixi ədalətsizlik kimi qiymətləndirilən hadisələr siyahısında soyqırımı anlayışı (açıq yazılmasa da, qondarma erməni soyqırımı nəzərdə tutulur) Azərbaycanın təklifi ilə qətnamədən çıxarılıb.

Səsvermə zamanı qətnamə deputatların əksər səs çoxluğu ilə qəbul olunub.

Qətnamə qəbul olunduqdan sonra Azay Quliyev Azərbaycanın və Türkiyənin düzəlişlərini qəbul etdiyinə və konstruktiv əməkdaşlığa görə senatora təşəkkürünü bildirib.

Bundan başqa, Azay Quliyev ATƏT-in müşahidə missiyasının rəhbəri və xüsusi koordinatoru kimi bu ilin aprelində Albaniyada keçirilən parlament seçkiləri haqqında hesabat məruzəsi ilə çıxış edib, seçki prosesi zamanı missiyanın müəyyən etdiyi müsbət və mənfi məqamlar haqqında Assambleyanı məlumatlandırıb.

ATƏT Parlament Assambleyasının yay sessiyası qurumun prezidentini, vitse-prezidentlərini və komitə sədrlərini seçdikdən sonra işini başa çatdırıb. İsveçdən olan deputat Marqareta Sedelfert cəmi 2 səs fərqi ilə, yəni 128 deputatın dəstəyini qazanaraq norveçli rəqibi Kari Henriksenə qalib gəlib və ATƏT Parlament Assambleyasının prezidenti seçilib./AZƏRTAC /

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv