ATƏT sədri Azərbaycana gələcək

ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə ATƏT-dən bildirilib.

Qeyd olunub ki, bu barədə razılıq B.Osmani ilə Azərbaycan və Ermənistan XİN başçılarının telefon danışığının nəticəsində əldə edilib.

ATƏT rəhbəri regionda davamlı sülhə nail olmaq üçün gərginliyin aradan qaldırılmasında şəxsən iştirak etməyə hazır olduğunu bir daha təsdiqləyib. /Report/