Xarici işlər naziri Ceyhun Bayramovla prioritetlərimizi müzakirə etməkdən məmnunam.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Tvitterdə qeyd edib:
“Mən ATƏT-in regionda və ondan kənardakı çağırışların həllində önəmli rolunu vurğuladım. ATƏT-in fəaliyyətdə olan sədri dialoqun dəstəklənməsinə və bu istiqamətdəki səylərə sadiqdir”,- deyə Osmani qeyd edib.