İyulun 9-da Slovakiyanın Tatra Dağları bölgəsində ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
Yenicag.az xəbər verir ki, ATƏT-ə istinadən verdiyi məlumata görə, görüşdə dəyişən dünyada ATƏT-in gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılacaq.
Görüşə ATƏT-in fəaliyyətə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak sədrlik edəcək.