!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATİB: "Azərbaycanı Ermənistanla bir sıraya qoymaqla özlərinin əsl xislətlərini göstərirlər"

!Reklam – Yazi

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) Ermənistanın son təxribatı ilə bağlı açıqlama yayıb.

Yenicag.az açıqlama mətnini təqdim edir:

“Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) özünün çoxsaylı üzvləri timsalında son günlərdə baş verən döyüşlərdə Vətənin bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş zabitlərimizə, hərbi qulluqçularımıza və vətəndaşlarımıza Allahdan rəhmət diləyir, ailələrinə və
yaxınlarına dərin hüznlə başsağlığı verir. Yaralanmış əsgərlərimizə Allahdan şəfa və tezliklə sağalaraq Vətənin müdafiəsinə dönmələrini diləyirik.

ATİB sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı qəti şəkildə pisləyir, Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şərəfli Milli Ordusunun bu təcavüzün qarşısının alınmasındakı fəaliyyətini yüksək qiymətləndirir və dəstəkləyir.

Təəssüf ki, beynəlxalq ictimaiyyətin bir çox üzvləri yenə də Ermənistanın açıq-aşkar təcavüzünü qəti şəkildə pisləməməklə və özünün torpaqlarını qoruyan, bütün beynəlxalq hüquq normalarına görə haqlı olan Azərbaycanı da Ermənistanla bir sıraya qoymaqla özlərinin əsl
xislətlərini göstərirlər. Beynəlxalq hüquq prinsiplərinə zidd olan bu cür mövqeləri qəti şəkildə pisləyir, beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsi üzrə ədalətli mövqe sərgiləməyə çağırırıq.

Bu baxımdan qardaş Türkiyənin nümayiş etdirdiyi ədalətli mövqeni və Azərbaycana verdiyi birmənalı dəstəyi təqdir edir, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi siyasəti Vətənlərini sevən bütün Azərbaycan və Türkiyə vətəndaşları kimi yüksək qiymətləndiririk. Bu bir daha göstərdi ki, Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcək və Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcək.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı və müzəffər ordumuzun Azərbaycanın öz ərazi bütövlüyünə nail olmağı göz qabağındadır. Buna görə də Azərbaycanı, Vətənini sevən hər kəsi Milli Ordumuzun ətrafında sıx birləşməyə dəvət
edirik.

Qarabağ Azərbaycandır!”

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv