ATİB iftar yeməyi verdi: Şəhid ailələri və iş adamları bir araya gəldilər – VİDEO

Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən iftar yeməyi təşkil edilib.

Yenicag.az xəbər verir ki, iftar yeməyinə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, millət vəkilləri, Türkiyə və azərbaycanlı iş adamları, şəhid və qazi ailələri qatılıblar.

İftar yeməyi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Proqramda çıxış edən ATİB sədri Camal Yangın qonaqları salamlayaraq şəhid ailələrilə bir yerdə olmaqdan qürur duyduqlarını bildirib. ATİB sədri qeyd edib ki, Azərbaycan və Türkiyə iş adamları hər zaman bir-birilərini dəstəkləyirlər.

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı iş adamlarının Qarabağın bərpasındakı rolundan danışıb, şəhid və qazi ailələrini daim diqqətdə saxladıqlarını bildirərək onlara təşəkkür edib.

Milli Məclisin deputatı Tahir Mirkişili çıxışında hüquqi dövlət olan Azərbaycanın xarici investorlar üçün daim açıq olduğunu bildirib, türkiyəli iş adamlarının yanında olduqlarını vurğulayıb.

İftar proqramı xoş söhbətlə davam edib.