Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Atıcılıq federasiyasının daha bir uğuru - FOTO

21-22 oktyabr tarixlərində Kiprin Larnaka şəhərində Avropa Atıcılıq Konfederasiyasının XXVIII Baş Assambleyası keçirildi. Vladimir Sergeyeviç Lisin Avropa Atıcılıq Konfederasiyasındakı prezidentliyinin fəaliyyətinə yekun vuraraq, 2009-2021-ci illərdə Avropada atıcılıq idmanının inkişafına ən böyük töhfə vermiş milli federasiyaları, eləcə də onların nümayəndələrini mükafatlandırıb.

Bələ ki: Azərbaycan Atıcılıq Federasiyası “2009-2021-ci illər ərzində qonaqpərvərlik və Avropa yarışlarının mükəmməl təşkil olumasına görə” fəxri mükafatı ilə təltif edilib. “Bu mükafatı təqdim edən Vladimir Lisin qeyd edib ki, Azərbaycan Avropanın 4 (dörd) ölkəsindən (Fransa, Rusiya və İspaniya ilə yanaşı) biridir ki, bu ölkədə istənilən dərəcəli beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait və infrastruktur yaradılıb.

Azərbaycan Atıcılıq Federasiyasının prezidenti cənab Vaqif Axundov Avropada atıcılıq idmanının inkişafındakı böyük xidmətlərinə görə “Fəxri Ulduz” ordeni ilə təltif edilib.

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Avropa yarışlarının ən yaxşı meneceri kimi “Fəxri Medal” ilə təltif edilib.

Mükafatlandırılma tədbirindən sonra Avropa Atıcılıq Konfederasiyasının prezidenti vəzifəsinə və digər vəzifələrə seçkilər keçirildi. Avropa Atıcılıq Konfederasiyasının yeni prezidenti Alexander Borisoviç Ratner seçildi. Azərbaycan Atıcılıq Federasiyanın baş katibi Emin Cəfərov isə növbəti dəfə texniki komitəsinin üzvü seçilmişdir.

www.yenicag.az

183
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100