!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Atıcılıq Mərkəzində də ad günü keçirmək olar” – Nazirdən yeni təklif

!Reklam – Yazi

245393Gənclər və İdman naziri Azad Rəhimov da Bakı Olimpiya Stadionunda keçiriləcək toylar və ad günləri ilə bağlı açıqlama verib.

Rəhimov Bakı Atıcılıq Mərkəzində (Baku Şutinq Senter) də belə tədbirlərin keçirilməli olmasını bildirib.

“Bakı Olimpiya Stadionunda toyların, ad günləri və korporativ tədbirlərin keçirilməsi yaxşı haldır. Bu, dünya praktikasında da var. Mən İspaniyanın paytaxtı Madriddə olanda buna şahidlik etmişəm. Ona görə də buna normal yanaşmaq lazımdır. Hətta mən istərdim ki, Bakı Atıcılıq Mərkəzində də ad günləri, banketlər və digər korporativ tədbirlər keçirilsin. Ümumiyyətlə, biz gəlirlərimizi artırmaq haqda düşünməliyik. Onun üçün bu kimi tədbirlərin idman komplekslərində keçirilməsində qeyri-adi hal yoxdur”.

Qeyd edək ki, Bakı Atıcılıq Mərkəzinin ötən ilin martında rəsmi açılışı olub.

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv