Atıcımız Avropa Kubokunda bürünc medal qazandı

Azərbaycan atıcısı Ruslan Lunyov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Lapua Avropa Kubokunda bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, o, 25 metr məsafəyə standart tapançadan atəşaçma yarışında üçüncü yeri tutub.

Qeyd edək ki, oktyabrın 9-15-də keçirilən yarış Avropa Atıcılıq Konfederasiyasına məxsusdur və qitənin qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır.