Məlum olduğu kimi, “Atletiko”Madrid bu gün Çempionlar Liqası ¼ final mərhələsində cavab qarşılaşması çərçivəsində “Barselona” ilə oynayacaq.
Cavab qarşılaşmasına “Atletiko” bu gün əsas heyət futbolçusu Arda Turan olmadan çıxacaq. Türkiyəli futbolçu “Barselona”ilə ilk matçda zədələndiyi üçün bu oyunu buraxmaq məcburiyyətindədir.
Xatırladaq ki, bu cütlüyün ilk qarşılaşması 1-1 hesablı bərabərliklə başa çatıb(qafqazinfo.az).