“Atletiko Madrid” formasında Bakı 2015 loqotipi olacaq

7c27e6441ec8845ddbe00e6584610c4aKomanda “Real Madrid”lə oyununa yeni loqotiplə çıxacaq

Yenicag.az xəbər verir ki, Bakı 2015 Avropa Oyunları İspaniyanın futbol çempionları “Atletiko Madrid” komandasının formalarında 2014-15 mövsümünün sonunadək UEFA Çempionlar Liqasının və İspaniyanın futbol çempionatı olan La Liqanın oyunlarında çıxışı zamanı ilk Avropa Oyunlarının loqotipinin əks olunması haqqında müqavilə imzalayıb.

“Atletiko Madrid”in hazırkı turizm mövzulu “Azərbaycan – Odlar Yurdu” sponsor loqotipi bu gün günorta saatlarında Vinçente Kalderon stadionunda keçiriləcək “Atletiko”nun rəqibi Real Madridə qarşı oyununda yenilənəcək.

“Atletiko Madrid” komandasının baş icraçı direktoru Migel Anxel Gil Marin bildirib ki, oyunçuları bu gündən etibarən mövsümün sonunadək böyük qürur hissi ilə Bakı 2015 loqotipli formalarını geyinəcəklər: “İlk Avropa Oyunları qitənin idman sahəsindəki inkişafında irəliyə atılan böyük bir addımdır. Biz İspaniya və Avropanın lider futbol klublarından biri olaraq bu Oyunları təbliğ etməkdən olduqca məmnunuq”.

Bakı 2015-in kommersiya direktoru Çarli Viceratna isə deyib ki, “Atletiko Madrid” İspaniyanın La Liqa çempionu və dünyanın ən tanınmış futbol klublarından biridir: “Bakı 2015 loqotipinin onların formalarında əks olunması Avropa Oyunları haqqında məlumatlılığın, brendimizin dəyərinin və yaratdığımız təkanın artırılmasının innovativ yoludur”.

Qeyd edək ki, “Altetiko Madrid” hazırda ötən mövsüm La Liqadakı çempionluq uğurunu təkrarlamaq niyyətindədir və həmçinin futbol dünyasının ən nüfuzlu klub yarışı olan UEFA Çempionlar Liqasının ələmə mərhələsindədir. Klub İspaniyada çox populyardır və onların televiziyada yayınlanan matçları adətən Avropa və bütövlükdə dünyada milyonlarla ta­­­maşaçı tərəfindən izlənilir.

Bakı 2015 ilk Avropa Oyunları 12 iyun 2015 tarixindən 28 iyun 2015-ci il tarixlərində baş tutacaq, qitə üçün həyəcan verici və innovativ çoxşaxəli idman tədbiridir. Bakı 2015-də cəmi 20 idman növü təmsil olunacaq: 16 Olimpiya idman növü və dörd qeyri-olimpiya idman növü. Avropanın 6 mindən çox idmançısı yarışların davam edəcəyi 17 gün ərzində öz ölkələrini təmsil edəcəklər.

11 idman növü Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanmağa imkan verəcək. Bu idman növlərinə Oxatma, Atletika, Boks, Velosiped yarışları, Atıcılıq, Masaüstü tennis, Üzgüçülük, Taekvando, Triatlon, Güləş və Voleybol daxildir.

Bakıya Oyunlara ev sahibliyi etmək hüququ 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən verilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avropa Oyunları Komitəsi ilə birgə Oyunları təşkil edəcək və keçirəcək.

COP29